- Baxış sayı: 45
- 07 Noyabr 2025 23:34
- Baxış sayı: 137
- Noyabr 07, 2025
- 0

“Başaqşəhər” Moskvanın “Dinamo”sunun hücumçusu Moumi Nqamale ilə maraqlanır.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı futbolçu ilə rəsmi danışıqlara başlayıb.
Moumi ilə digər klublar, o cümlədən Təl-Əviv “Makkabi”si də maraqlanır. Nqamale 2022-ci ildən “Dinamo”dadır. Onun “mavi-ağlar”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.