FOTO
Rusiyalı gözəl: “Konora yaxınlaşanda həyat yoldaşı yanında idi”

Rusiyalı gimnast Karolina Sevastyanova keçmiş UFC döyüşçüsü Konor Makqreqor ilə fotosunu İnstaqramda paylaşdıqdan sonra çoxlu tənqidlərə məruz qaldı. Allsport.az xəbər verir ki, Monakoda yaşayan 25 yaşlı olimpiya çempionu irlandiyalı idmançı ilə aralarında gizli eşqin olduğu iddialarını təkzib edib:

“İnsanlar, xahi edirəm, mənə bu sualları verməyi dayandırın. Mən öz kişimlə ona yaxınlaşdım və Konor da həyat yoldaşı ilə idi”.

Karolina 17 yaşında olarkən 2012-ci ildə London olimpiya oyunlarının qalibi olub və eyni zamanda 2 dəfə də Avropa çempionatında qalib olub. Ancaq idmandan çox erkən imtina etdi və bu gün modelliklə məşğuldur.

Gözəlçə əvvəllər xokkeyçi Aleksandr Oveçkin ilə birgə olsa da, indi zəngin Aleksandr Mazanovla münasibətdədir.

Həmin kateqoriyadan