Şpaqaçı Ruslan Həsənov Parisdə dünya kubokunun mərhələ yarışında 64-lüyə yüksəlib.
Allsport.az saytı xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə bitirən qılıncoynadanımız, pley-ofda ilk görüşdə macar Peter Farkas (15:14), ardınca britaniyalı idmançı Jozef Çonqa (15:11) qalib gəlib.
O bu gün 32-liyə yüksəlmək uğrunda Macarıstan təmsilçisi Daniel Berta ilə qarşılaşacaq.
Qrupda 2 qələbəsi olan Fərrux Səfərov pley-ofda koreyalı Kim Myeongkiyə 10:15 hesabı ilə uduzub. Qrup mərhələsində 2 qələbə qazanan Barat Quliyev isə pley-offa adlaya bilməyib.