- Baxış sayı: 22
- 17 Yanvar 2025 10:56
- Baxış sayı: 422
- Yanvar 15, 2025
- 0
“Səbail” Azərbaycan kubokunda 50-ci qolunu vurub.
Allsport.az xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib. 2:0 hesabı ilə qalib gələn “Səbail”in ilk qolu yubiley xarakteri daşıyıb. Bu topa Emin Rüstəmov imza atıb. Paytaxt təmsilçisi 26-cı kubok görüşündə qol sayını 51-ə yüksəldib.
Turnirdə debütü 2016/17 mövsümünə təsadüf edən “Səbail” kubokda 50 və ya daha çox qol vuran 19-cu komanda olub.