- Baxış sayı: 48
- 30 Sentyabr 2024 16:30
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
“Milli antidopinq agentliyi yerli federasiyalara qarşı sanksiya tətbiq edə bilər. İdman təşkilatları diqqətli olmalı, qaydalara əməl etməlidirlər”. Allsport.az saytı xəbər verir ki, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında dedi. Mütəxəssis qeyd etdi ki, buna səbəb bəzi federasiyaların idmançıların siyahısını AMADA-ya vaxtında təqdim etməmələridir:
“Milli komanda üzvlərinin siyahısı ilin əvvəlində, eləcə də təlim-məqş toplanışların vaxtı və yeri öncədən bildirilməlidir. Təəssüf ki, bəzi federasiyalar test zamanı idmançıları gizlədirlər, qaçırırlar. Testlərin qeydiyyatdan keçməyən laborotoriyalarda verilməsi də qəbulolunmazdır. İdmançıların adları ilin sonunda gəlib bizə çatır ki, bu da yolverilməzdir. Çünki dopinq aşkarlananda, qarşı tərəf idmançının yığmaya aid olmamasını əsas gətirirlər.
Ümumən, idmançı test zamanı 3 dəfə yerində olmasa, o, xaric olunur. Bizim təşkilatın nufüauna xələl gətirən söz-söhbətlər də eşidirik. Bilsinlər ki, AMADA şəfaf işləyir. Elə məşqçilər var ki, bizə rüşvət təklif edir, güzəşt istəyirlən. Onlar anlamalıdırlar ki, burda yayınsalar da, beynəlxalq yarışda dopinq-testdə ilişəcəklər. Belə hallar isə, ölkənin imicinə xələl gətirir”.