Şəfəq Hüseynli: İdmançı hüquqlarının qorunması AMADA üçün dəyişməz vəzifədir

 Milli antidopinq agentliyi idmançı hüquqlarının qorunması layihəsi çərçivəsində “SME HÜQUQ” MMC ilə müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli bununla bağlı belə deyib:

“İdmançı hüquqlarının qorunması AMADA üçün dəyişməz prioritetdir. Təcrübə göstərir ki, antidopinq icraatları zamanı idmançıların hüquqi yardımla təmin edilməsi və proses zamanı düzgün yönləndirilməsi onların gələcək karyerası baxımından çox vacibdir.

Antidopinq icraatı zamanı idmançıların hüquqlarının təminatı ilə bağlı AMADA tərəfindən həyata keçirilən beynəlxalq layihənin nəticələri də göstərir ki, bu məsələ dünyada aktualdır.”

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish