- Baxış sayı: 37
- 30 Noyabr 2023 02:09
- Baxış sayı: 23
- Noyabr 30, 2023
- 0
Bu gün futbol üzrə Azərbaycan kubokunda I təsnifat mərhələsi başa çatıb.
Allsport.az xəbər verir ki, raundun son oyun günündə bir qarşılaşma keçirilib.
“Şəfa” Binədə “Şəmkir”lə oynayıb. Görüşün əsas vaxtı heç-heçə bitdiyindən qalib penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan “Şəfa” mərhələ adlayıb. Onlar II təsnifat mərhələsində “Səbail”lə qarşılaşacaq.
14:30. “Şəfa” – “Şəmkir” – 1:1, pen. 5:3
Qollar: Sahib Cümşüdov, 26 (p.) – Elgün Namazov, 58
Baş hakim: Rəşad Əhmədov
Binə qəsəbə stadionu