Şəhriyar “Çempionların qarşılaşması-2022”də 3-cü oldu, 17500 dollar qazandı

ABŞ-in Missuri ştatının Sent Luis şəhərində şahmatçıların “Çempionların qarşılaşması-2022” başa çatıb.

Allsport.az saytı xəbər verir ki, Uesli So, Leynier Dominqes, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı – ABŞ), Əlirza Firuzca (Fransa), Petr Svidler, Yan Nepomnyaşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da iştirak etdiyi turnirdə Şəhriyar Məmmədyarov son 3 turun oyunu keçirib. O, 6 xal toplayaraq 3-cü yer tutub.

Məmmədyarov – Dominqes 1:0
Svidler – Məmmədyarov 1:0
Məmmədyarov – Aronyan 0,5:0,5

Mükafat fondu 150 min ABŞ dolları olan yarışda həmyerlimiz 17500 qazanıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish