- Baxış sayı: 45
- 28 Sentyabr 2023 22:53
- Baxış sayı: 30
- Sentyabr 28, 2023
- 0
“Turan Tovuz” premyer liqanın 6-cı turunda evdə “Qəbələ” ilə 2:2 etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş 2-ci məşqçisi Ayxan Abbasov bunu söylədi:
“Oyunun belə gərgin keçəcəyini bilirdik. Bizim kimi, “Qəbələ”yə xal lazım idi. Sadəcə, 2-ci yarıda bir anlıq konsentrasiyanı itirdik və bu səbəbdən rəqib ilk topu vurdu.
Ümumən, çoxlu qol vəziyyətləri yaratdıq. Amma rəqib qapıçı yaxşı oynadı. Səhvlərimizi təhlil edəcəyik. “Qəbələ” dəyişiklikdən sonra matçda dönüş yaratdı. Bu da bizim boşluğumuzdan irəli gəldi”.