- Baxış sayı: 53
- 17 Mart 2025 15:25
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizə aparıb.
Sərbəst güləş üzrə yığmanın 92 kq-da çıxış edən üzvləri fəxri kürsüyə qalxıb. Osman Nurməhəmmədov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoevə (4:0), Əbubəkr Abaqarov isə iranlı Məhəmmədməbin Əzimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) qalib gələrək yarımfinala yüksəlib.
Yığma üzvləri yarımfinalda qarşılaşıb. Komanda yoldaşına 6:5 hesabıyla qalib gələn Osman finala yüksəlib, həlledici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabıyla uduzub. Abaqarov isə Makoyevi 9:2 hesabıyla üstələyərək, bürünc medal qazanıb.
Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kq) macarıstanlı Gerda Terekə 13:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.