Sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatına yekun vurulub

Hövsan olimpiya idman kompleksində Bakı çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, paytaxtın müxtəlif klub və cəmiyyətlərindən sərbəst güləş üzrə 133, yunan-Roma güləşində 87 pəhləvan müxtəlif çəkilərdə mübarizə aparıblar.

Adı ilk çəkilən növdə Riad Aslanov (57 kq), Nurlan Tağızadə (61 kq), İntiqam Vəlizadə (65 kq), Rübəli İbrahimli Hüseynov (70 kq), Əbülfəz Nəsirov (74 kq), Vurğun Əliyev (79 kq), Kamran Tağıyev (86 kq), Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq), Sənan Mustafayev (125 kq) qalib olublar.

Yunan-Roma güləşində Rəşad Məmmədov (55 kq), Rəhman Kərimov (60 kq), Sakit Quliyev (63 kq), Həsən Məmmədli (67 kq), Füzuli Abbasov (72 kq), Davud Məmmədov (77 kq), Elcan Məmmədov (82 kq), Əli Quliyev (87 kq), Qabil Əhmədov (97 kq), Xəyal Mehdiyev (130 kq) 1-ci yer tuutblar.

Qalib idmançılar baş idarə tərəfindən medal və diplomlarla təltif olunublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish