- Baxış sayı: 42
- 08 Fevral 2026 13:05
- Baxış sayı: 30
- Fevral 08, 2026
- 0

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, bu gün sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da medalçılar müəyyənləşib.
Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipiylə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabıyla məğlub olan Vasif gümüş medalla kifayətlənib.
Nurəddin Məhəmmədhacıyev (79 kq) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabıyla məğlub olub.
Xetaq Karsanov (97 kq) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib – nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qazanıb.