- Baxış sayı: 150
- 06 Noyabr 2025 19:49
- Baxış sayı: 34
- Noyabr 07, 2025
- 0

“Sərhədçi” klubunun rəhbərliyi Azərbaycan voleybol federasiyasına müraciət ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, məktubda komandanın baş məşqçisi Qüdrət Məlikov və oyunçu Ramiz Bağırovun COVİD-19 virusuna yoluxduqları qeyd olunub.
Klub rəhbərliyi həmin şəxslərin məşqdə komandanın digər üzvləri ilə təmasda olduqlarını nəzərə alaraq, fevralın 2-də və 5-də yüksək liqanın müvafiq olaraq, MOİK və “Murov” ilə oyunlarının başqa tarixə dəyişdirilməsini istəyib.
Bu müraciət əsasında “Sərhədçi”nin hər 2 qarşılaşması təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri hələ müəyyənləşməyib.