- Baxış sayı: 31
- 11 Oktyabr 2024 15:55
- Baxış sayı: 99
- Oktyabr 10, 2024
- 0
İordaniyanın paytaxtı Əmmanda yeniyetmələrin dünya çempionatında sərbəst güləşçilər mübarizəyə qoşulublar. Allsport.az saytı xəbər verir ki, yarışın 6-cı günündə Azərbaycanın 2 təmsilçisi bürünc medal qazanıb.
Hüseyn Hüseynov (55 kq) startda türkmənistanlı Azadbərdi Aşırquliyevdən güclü olub – 3:1. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə heç bir şans verməyib – 11:1. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmana 2:5 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda yarışda ermənistanlı Qaqik Qazaryanı 2:1 hesabı ilə üstələyərək dünya çempionatını 3-cü pillədə başa vurub.
Məhəmməd Qandəmirov (110 kq) 1/8 finalda amerikalı Maykl Mokkoya uduzub – 6:16. Belaruslu Yaraslav Koxan təsəlliverici görüşə gəlmədiyi üçün Qantemirov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Qiqiya Lukunidze üzərində inamlı qələbə (7:0) qazanan güləşçimiz, bürünc mükafatı boynundan asıb.