“Sabah” bölgə təmsilçisini yendi

Azərbaycan basketbol liqasında (ABL) XIV tura start verilib. Allsport.az xəbər verir ki, açılış oyununda “Sabah” və “Olimpik Şəki” komandaları qarşılaşıblar.

“Sərhədçi” idman mərkəzində keçirilən görüş paytaxt klubunun 77-72 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (32 xal, 11 ribaund), “Olimpik Şəki”dən isə Larri Robinson (18 xal, 3 asist) olublar.

XIV turun “Zirvə Astara” – “AAAF Xırdalan”, “Sərhədçi PİK” – “Gəncə” və “Neftçi İK” – NTD oyunları yanvarın 21-i və 22-də gerçəkləşəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish