- Baxış sayı: 36
- 23 May 2025 23:47
- Baxış sayı: 59
- May 22, 2025
- 0
“Sabah” Vitali Kvaşukla münasibətlərini rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, ukraynalı futbolçu ilə 3-illik müqavilə bağlanıb.
Kiyev “Dinamo”sunun yetirməsi karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında çıxış edib.
Onun son çıxış etdiyi komanda “Neman Qrodno” olub. 25 yaşlı yarımmüdafiəçi “Sabah”da 7 nömrəli futbol geyimində mübarizə aparacaq.