- Baxış sayı: 34
- 23 Mart 2025 13:29
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
“Sabah” Azərbaycan Premyer Liqasının XX turunda “Sumqayıt”la qolsuz heç-heçə edib.
Allsport.az xəbər verir ki, Masazır təmsilçisi keçirdiyi 20 matçda 10-cu dəfə bərabərliklə kifayətlənib.
Ölkə çempionatları tarixində 3-cü belə hadisədir ki, bir komanda ilk 20 turun oyunlarının ən azı yarısında sülhə imza atıb. Mütləq rekord 2012/13 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur. “Şamaxı” 2014/15 mövsümündə “İnter” adı ilə 10 heç-heçə edib.