- Baxış sayı: 35
- 20 İyul 2025 10:50
- Baxış sayı: 137
- İyul 20, 2025
- 0
Azərbaycan kubokunun 2024/2025-ci il mövsümünü qalib başa vuran “Sabah” tarixində ilk dəfə Avropa liqasında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, artıq komandamızın 1-ci təsnifat mərhələsində ehtimal rəqibləri bəllidir.
“Sabah” bu mərhələdə “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), “Hapoel” (Byer-Şeva, İsrail), “Çelye” (Sloveniya) və “Spartak” (Trnava, Slovakiya) klublarından biri ilə qarşılaşa bilər.
İlkin ələmənin püşkü iyunun 17-də atılacaq.