“Sabah”dan ən yüksək azarkeş göstəricisi

Premyer liqanın 3-cü turunun “Sabah” – “Neftçi” oyununda (2:1) azarkeş rekordu qeydə alınıb.

Allsport.az saytı xəbər verir ki, “Bank respublika arena”da matçı 5500 tamaşaçı tribunalardan izləyib. Bu, “ağ-göylər”in ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir. Əvvəlki rekord 2018/19-cu il mövsümündə keçirilmiş “Sabah” – “Qarabağ” matçında qeydə alınmışdı (4500 tamaşaçı).

“Sabah” – “Neftçi” görüşündə cari mövsümündə qeydə alınmış tamaşaçı rekordu da təkrarlanıb. İlk turda keçirilmiş “Turan Tovuz” – “Qəbələ” matçını da eyni sayda azarkeş izləmişdi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish