“Sabah”ı ağır cəzalandırdı

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqasının 17-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Kəpəz” – “Sabah” oyununda qonaqların 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub. O, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılıb, klub 3200 manat cərimə edilib.

“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 800 manat cərimələnib.

“Turan Tovuz” – “Neftçi” oyununda “ağ-qaralar”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat ziyana düşüb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish