- Baxış sayı: 142
- 30 May 2023 23:24
- Baxış sayı: 142
- May 30, 2023
- 0
“Sərhədçi” olimpiya idman mərkəzində Azərbaycan basketbol liqasının 23-cü turunda “Sabah” evdə “AAAF Xırdalan”a 69:84 hesabı ilə uduzub. Komandanın 1 və 2 mövqedə çıxış edən oyunçusu Fuad Niftəliyev (şəkildə topla hücumda) allsport.az bunu deyib:
“Məğlubiyyət bizi yarış cədvəlində 3-cü pilləyə endirdi. Çox təəssüf ki, zirvədə yerimizi qoruya bilmədik. Rəqib müdafiədə intizamlı, sürətdə yaxşı oynadı. İmkanımız qalıb. İlk dördlükdə yer alıb, qızıl medallar uğrunda yola davam edəcəyik”.