“Sabah”ın futbolçusu millidə debüt edib

“Sabah”ın futbolçularından Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Elvin CamalovCeyhun Nuriyev millimizin Şimali Makedoniyaya qarşı yoxlama oyununda (3:1) fürsət qazanıblar.

Allsport.az saytı xəbər verir ki, adı ilk 2 çəkilən start heyətində meydana çıxıb. Elvin Camalov 59-cu dəqiqədə meydana girib. Oyuna 68-ci dəqiqədə qoşulan Ceyhun Nuriyev millidə debüt edib.

“Ağ-göylər”dən Amin Seydiyev, Anatoli Nuriyev və Namiq Ələskərov bu görüşdə ehtiyatda qalıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish