“Sabah”ın legionçusu Ukrayna U-21 millisinə dəvət alıb

“Sabah”ın futbolçusu Aleksey Kaşuk, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət millisinə çağırılıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi İsrail (19 noyabr), Gürcüstanla (21 noyabr) yoxlama matçlarında fürsət qazanacaq.

Ukraynanın U-21 komandasınn 15-22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır. Komanda Avro-2023-ün final mərhələsində çıxış edəcək. Rumıniya, İspaniya və Xorvatiya ilə “B” qrupunda yer alıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish