- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
“Sabah” FK-nın futbolçuları Pavol Şafranko, Boyan Letiç, Rəhman Daşdəmirov və Xəyal Əliyev DOST inklüziv inkişaf və yaradıcılıq mərkəzində qonaq olublar.
Allsport.az xəbər verir ki, mərkəzin direktor müavini Elbrus Allahverdiyev qonaqlara xidmət istiqamətləri haqqında məlumat verib.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DİİYM-də şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir. Hazırda həssas əhali qruplarından olan 166 nəfər xidmətə cəlb olunub. Cənubi Qafqazda bu tipli ilk ən böyük müəssisə olan mərkəzdə 14 fəaliyyət istiqaməti üzrə təlimlər keçirilir.
Komandanın üzvləri təlim studiyalarındakı iş prosesini izləyiblər. Görüş çərçivəsində təşkil edilən müxtəlif futbol oyunları benefisiarların marağına səbəb olub.
Sonda “Sabah” FK tərəfindən benefisiarlara müxtəlif hədiyyələr təqdim edilib.