- Baxış sayı: 30
- 03 Oktyabr 2024 23:40
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
Bu gün ölkə futbolunda sponsorluq və əməkdaşlıq müqaviləsi bağlanılıb. Allsport.az saytı xəbər verir ki, anlaşmanı “Bank Respublika”nın idarə heyətinin sədr müavini Elnur Həsənov və “Sabah”ın prezidenti Maqsud Adıgözəlov imzalayıblar.
Müqaviləyə əsasən, “Sabah”ın Topaz premyer liqasında mübarizə aparan əsas və 1-ci divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/19 mövsümünün qalan müddətində üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bank bu müddətdə klubumuzun ev oyunlarını keçirdiyi “Əlincə Arena”da özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.
“Bank Respublika” ASC-nin idarə heyətinin sədr müavini Elnur Həsənov Bankın sosial məsuliyyət layihələrində idmana dəstəyin mühüm yer tutduğunu və layihənin əsas məqsədinin gənc və yeniyetmələri futbola cəlb etməklə futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirmək olduğunu bildirib.
“Sabah”ın prezidenti Maqsud Adıgözəlov futbol klublarının inkişafında sponsorların vacibliyini vurğulayıb, bankla birgə həyata keçiriləcək fəaliyyətlərin klubun oyunlarına, o cümlədən ölkə çempionatına olan marağın artmasına səbəb olacağına inandığını qeyd edib.
“Sabah” artıq şənbə günü 13-cü turda“Qarabağ”la matça “Bank Respublika” yazılı forması ilə ilk oyununa çıxacaq.