- Baxış sayı: 36
- 06 Noyabr 2024 20:55
- Baxış sayı: 245
- Noyabr 06, 2024
- 0
Məlum olduğu kimi, 19-21 noyabrda Çex Respublikası paytaxtı Praqada cüdoçuların Avropa çempionatı keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, bu yarışda millimiz də iştirak edəcək. Dünən ACF-in vitse-prezidenti Sadıq Sadıqov səfər ərəfəsində komanda üzvləri ilə görüşüb. Öncə kişilərdə baş məşqçi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov hazırlıq barədə məlumat veriblər.
Onlar son 2 həftədə cüdoçularımızın Budapeştdə “Böyük dəbilqə”də və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər 2 mütəxəssis millimizin üzvlərinin qitə çempionatında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini deyiblər.
Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi qeyd edib. O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb.