- Baxış sayı: 36
- 11 Oktyabr 2024 13:28
- Baxış sayı: 100
- Oktyabr 10, 2024
- 0
Sentyabrın 19-da yeni üslubda təşkil olunan “Sağlam həyat” səyyar layihəsinin təqdimatı keçirildi. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin təşkilatçılığı ilə Tofiq Bəhramov adına respublika stadionunun qarşısında tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.
İdman həvəskarları layihəyə qoşularaq əyləncəli vaxt keçirdilər. Onlar, həmçinin müxtəlif idman növlərində – voleybol, basketbol, stolüstü tennis, şahmat, badminton, velosiped, boks avadanlıqlarında öz qüvvələrini sınadılar.