Şahdağda xizək yarışı

“Şahdağ”da keçirilən Avrasiya dağ kurortları festivalı çərçivəsində alyansın üzv dövlətlərinin təlimçiləri arasında xizək yarışı təşkil olunub.

Allsport.az xəbər verir ki, yarışın keçirilməsinin məqsədi alyansa daxil olan dövlətlərlə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq və xizək və snoubord idman növlərinə marağı artırmaqdır.

Turnirdə Şahdağ, Özbəkistanın Əmirsoy, Qazaxıstanın Şımbulaq və Oy Qaraqay, Rusiyanın Roza-Xutor dağ kurortlarının 50-ə yaxın xizəkçisi slalom disiplini üzrə birincilik uğrunda mübarizə aparıblar. İştirakçılar arasında azərbaycanlı təlimçilər Mariya Şerstyuk öz kateqoriyasında 2-ci yerə sahib olaraq gümüş, Nurlan Abdulov isə 3-cü yerə sahib olaraq bürünc medal qazanıb.

Yarışın nəticələri:
35 yaşa qədər qadınlar arasında
Kristina Lisicenko (Rusiya)
Mariya Şerstyuk (Azərbaycan)
Kseniya Radionova (Qazaxıstan)

35 yaşa qədər kişilər arasında
İlin Roman (Rusiya)
Prokopev İlya (Rusiya)
Smirnov Aleksandr (Rusiya)

35 yaşdan yuxarı qadınlar arasında
Lapşina Nataliya (Qazaxıstan)
Şəmsəddinova Tatyana (Qazaxıstan)
Svetlana İlyukina (Qazaxıstan)

35 yaşdan yuxarı kişilər arasında
Astepenko Artyom (Rusiya)
Pentyukov Aleksandr (Rusiya)
Nurlan Abdulov (Azərbaycan)

Yarışın sonunda qaliblər kubok və medallarla təltif edilib, onlara müxtəlif həvəsləndirici hədiyyəllər təqdim olunub.

Həmin kateqoriyadan