• Ça. İyl 5th, 2022

Sahil Babayev qitə birinciliyində fərqlənən boksçularla görüşüb

Mar 28, 2022

Azərbaycan boks federasiyasının prezidenti Sahil Babayev, Xorvatiyanın Poreç şəhərində U-22 Avropa çempionatında çıxış edən komanda ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, o, yarışın qalibi olan Nicat Hüseynovu (51 kq), qitə birinciliyinin 2-isi Ruslan Qədirovu (54 kq), bürünc mükafatçılar – Cəlal Qurbanovu (63,5 kq) və Nəbi İsgəndərovu (67 kq) təbrik edib, onlara uğurlar arzulayıb.

Federasiya prezidenti, bu sınaqda 7 çəkidə 4 medal qazanmğın yüksək nəticə olduğunu deyib, növbəti yarışlarda da komanda üzvlərinin ən azı yarısının medalla Vətənə dönməsi üçün gözəl ənənənin təməli qoyulduğunu vurğulayıb.

Nazir, görüləcək bütün tədbirlərin ana xəttində ilkin olaraq məhz Paris-2024 yay olimpiya oyunlarının dayandığını bildirib. O bu “dördillk”də qızıl medal ilə idman tariximizdə yeni səhifə açacağına inamını ifadə edib.

İdarə heyətinin üzvü Rövşən Hüseynov, boksa göstərilən dövlət qayğısı sayəsində gələcəyin komandası formalaşdığını və bu boksçuların bir neçə il ölkəmizi beynəlxalq arenada layiqli təmsil edəcəklərini bildirib. Yığmanın böyük məşqçisi Nəriman Abdullayev isə daha uğurlu çıxış üçün məşqlərdə intensivliyi artırıb, səhvləri aradan qaldırmağa çalışacaqlarını deyib.

Avropa çempionu Nicat Hüseynov bu titulla kifayətlənməyəcəyini və növbəti yarışlarda da məqsədi ancaq Azərbaycan himnini səsləndirmək olacağını söyləyib. Digər mükafatçılar və boksçular da əsas hədəflərinin Avropa, dünya çempionatları və olimpiadada inamlı çıxış olduğunu qeyd ediblər.

Ardınca idarə heyətinin üzvləri və baş katib komandamızın Avropa çempionatındakı çıxışını uğurlu hesab ediblər. Federasiya prezidenti onlara növbəti təlim-məşq toplanışları və yarışlara hazırlıqla bağlı tapşırıqlarını verib.

AllEscortAllEscort