- Baxış sayı: 35
- 01 Fevral 2023 12:25
- Baxış sayı: 20
- Fevral 02, 2023
- 0
Rusiya təmsilçisi Yan Nepomnyaşi ilə çinli Din Liren arasında şahmat tacı uğrunda görüşün keçiriləcəyi yer müəyyənləşib. Allsport.az xəbər verir ki, qarşılaşma aprelin 7-dən mayın 1-dək Astanada təşkil olunacaq.
Mükafat fondu 2 milyon avrodur. Qalib bu məbləğin 60%-ni, uduzan isə 40%-ni alacaq.
Norveçli Maqnus Karlsen iddiaçılar turnirinin son qalibi olan Yan Nepomnyaşi ilə şahmat tacı uğrunda oyundan imtina edib. Bu səbəbdən Din Liren Rusiya təmsilçisi ilə qarşılaşacaq.