- Baxış sayı: 61
- 11 Dekabr 2025 17:25
- Baxış sayı: 47
- Dekabr 12, 2025
- 0

İspaniyanın Linares şəhərində qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatında 1/4 finalçılar məlum olub.
Allsport.az xəbər verir ki, Azərbaycanın yığmasş dünya çempionatında növbəti oyununu qələbə ilə başa vurub. Milli IV turda İspaniya komandası ilə qarşılaşıb və görüşdən 3,5:0,5 hesabı ilə qalib ayrılıb.
Bu nəticə sayəsində Azərbaycan yığması 1/4 finala yüksəlib. Şahmatçılarımız bu mərhələdə Gürcüstanla üz-üzə gələcək.
Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış edib. Millinin kapitanı İlahə Qədimovadır.
Dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.