Şahmatçımız dünya birinciliyində gümüş medal qazanıb

Rumıniyanın Mamaya şəhərində yeniyetmələr arasında şahmat üzrə dünya birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb.

Digər təmsilçilərimiz Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıb.

Şahmatçılarımız sonuncu dəfə 18 yaşlıların dünya çempionatında 2013-cü ildə medala layiq görülüb. Həmin il Səbinə İbrahimova 3-cü yeri tutub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish