- Baxış sayı: 46
- 06 Noyabr 2025 19:02
- Baxış sayı: 41
- Noyabr 06, 2025
- 0

“Avropa Mobillik Həftəsi” çərçivəsində Bakıda 16-22 sentyabrda davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilib.
Allsport.az xəbər verir ki, bu münasibətlə ayrılmış zonada gənclər və idman nazirliyi tərəfindən E-bike avadanlığı quraşdırılıb.
Böyük maraq doğuran bu avadanlıq vasitəsilə vətəndaşlar pedal çevirərək enerji yaradıb və mobil telefonlarını doldurmaq imkanı qazanıblar. Gün ərzində 500 nəfərə yaxın iştirakçı E-bike qurğusundan istifadə edərək həm sağlam həyat tərzini təşviq edib, həm də alternativ enerji mənbələrinin üstünlüklərini praktiki şəkildə sınayıb.