- Baxış sayı: 50
- 07 Noyabr 2025 10:50
- Baxış sayı: 138
- Noyabr 07, 2025
- 0

Avstriyanın Burgenland bölgəsində yerləşən Andau qəsəbəsində Avropa həndbol federasiyasının (EHF) 17-ci konqresinə start verilib.
Allsport.az xəbər verir ki, konqresdə təşkilati məsələlər, federasiyanın 2023–2024-cü illərə dair maliyyə hesabatları, gələcək illər üçün büdcə və planlar müzakirə olunur.
Tədbirdə ölkəmizi AHF-nin prezidenti, Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov və vitse-prezident Orxan Abbasov təmsil edir.
Konqresə sentyabrın 20-də yekun vurulacaq.