- Baxış sayı: 21
- 06 Dekabr 2023 20:00
- Baxış sayı: 46
- Dekabr 05, 2023
- 0
Xəbər verdiyimiz kimi, Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinin ilk oyununu səfərdə keçirəcək. Allsport.az xəbər verir ki, dekabrın 10-da “Salohali” arenada təşkil olunacaq görüşdə komandamız Finlandiyanın “Salo” klubunun qonağı olacaq.
Artıq oyunun hakimləri müəyyənləşib. Görüşü belaruslu Kanstantsin Asipçuk və rusiyalı Pavel Anderson idarə edəcəklər.
Qeyd edək ki, komandamız turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırıb.