Şamaxıda yeni güləş zalı istifadəyə verildi

Azərbaycan güləş federasiyasının (AGF) dəstəyi ilə növbəti güləş zalının açılışı olub. Allsport.az xəbər verir ki, Şamaxı şəhərində müasir tələblərə cavab verən yeni güləş zalı istifadəyə verilib.

Açılış mərasimində AGF-nin baş katibi Nəsimi Musayev, Şamaxı gənclər idman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı rayon icra hakimiyyətinin nümayəndəsi İlqar Əfəndiyev, I-S dərəcəli hakim, icra başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Şirəliyev, qadın güləşi üzrə U-17 milli komandanın böyük məşqçisi Həsrət Məmmədyarov, veteran güləşçilər – Hacıbaba ŞıxıyevƏdalət Həmidov iştirak edib. Qonaqlar bu güləş mərkəzinin Şamaxının sərbəst güləş ənənələrini yaşadacağına inam ifadə ediblər.

Zal Şamaxı şəhər stadionunun nəzdində fəaliyyət göstərir. Aşıq Məmmədağa küçəsində yerləşən güləş mərkəzində uşaq, yeniyetmə və gənclər üçün sərbəst güləş üzrə ödənişsiz məşqlər təşkil olunur. Müasir avadanlıqlarla təchiz olunan zal həm də AGF-nin regional hazırlıq mərkəzlərindən biri kimi fəaliyyət göstərəcək.

Layihənin məqsədi bölgədə güləşin inkişafına töhfə vermək, yeni istedadların üzə çıxmasına şərait yaratmaqdır. AGF bu istiqamətdə silsilə tədbirləri davam etdirəcək.

Həmin kateqoriyadan