“Şamaxı”ın əvəzedicilərinə danışılmış oyunlarla bağlı məşğələ

“ASK arena”da 1-ci divizionda mübarizə aparan “Şamaxı” klubunun əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Toplantıda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish