- Baxış sayı: 32
- 03 Oktyabr 2024 23:40
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
5-ci İslam oyunlarının qrup mərhələsində U-23 millinin bu gün son oyununu Mərakeşə qarşı keçirib. Allsport.az saytı xəbər verir ki, görüş 2:2 başa çatıb. Bizdən 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə fərqləniblər. Bu nəticədən sonra komandamız qrupda 2-ci yeri tutaraq yarımfinala vəsiqə qazanıb. Baş məşqçi Samir Əliyev sevincini belə bölüşüb:
“Oyunlara yollananda, heyətlə bağlı bir sıra çətinliklərlə üzləşdik, tam olaraq istədiyimiz heyəti gətirə bilmədik. Rəqiblərlə müqayisədə çox gənc heyətlə mübarizə aparırıq. Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi. Komandanın hər bir üzvünə həm ilk, həm də ikinci oyunda bütün bacarıqlarını nümayiş etdirdiklərinə görə təşəkkür edirəm.
Hava şəraitinin isti olması, rəqiblə müqayisədə fiziki durumumuzun istənilən səviyyədə olmaması oyunumuza təsir göstərdi. Birinci hissədə əzmkarlıq nümayiş etdirdik və fasiləyə hesabda üstün yollandıq. Rəqibin oyununu təhlil etmişdik. Bilirdik ki, oyunun gedişində müəyyən boşluqlar buraxacaqlar. Ehtimalımız özünü doğrultdu. Təəssüf ki, imkanlardan tam istifadə edə bilmədik.
Epizodları dəyərləndirə bilsəydik, hesab fərqli olardı, yarımfinala heç-heçə ilə yox, qələbə qazanaraq vəsiqə qazanardıq. Əsas odur ki, mərhələni adlayıb yarımfinala vəsiqə qazandıq. Uşaqlar nümayiş etdirdiyi futbolla, əzmkarlıqla, əziyyətləri ilə buna layiq olduqlarını göstərdilər. Yarımfinalda rəqbimizin Türkiyə millisi olacağı ilə bağlı ehtimal böyükdür. Növbəti oyunda indiyə qədər meydana çıxmayan futbolçulara da fürsət verməyi düşünürük”.