- Baxış sayı: 27
- 12 Dekabr 2024 13:23
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 13-cü turunda “Keşlə” ilə matçdan sonra fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, o, 2:1 hesablı qələbəni barədə bunu söyləyib:
“Keşlə”nin baş məşqçisi Yunis müəllimə Allahdan şəfa diləyirəm. İnşallah, tezliklə işinin başına qayıtsın. Matça gəlincə, ilk hissədə rəqib çox sıx oynadı və bizə qol epizodları yaratmaqda problem yaşatdı. Bununla belə, ikinci hissədə istəyimizə nail olduq. Artıq yaxşı istirahət edib, xəstə və zədəlilərimizi sağaldıb fasilədən sonrakı dövrə hazırlaşacağıq.
Hücum xətti təkcə hücumçudan ibarət deyil. Bəzi elementlər var ki, bunu mütləq digər mövqe oyunçuları etməlidir. Bu gün həmin futbolçular və əlimizdəki hücumçular məni tam qane edir. Mirabdulla Abbasov çox iş görür. Bu, onu əsas heyətdə meydana buraxmaq üçün bizə əsas verir. Amma əsas heyətdə qalmaq üçün heç kimə zəmanət yoxdur.
Çempionluq uğrunda mübarizəyə gəlincə, çox yaxşı rəqiblərimiz var. Heç bir komandanı hesabdan silmirik. Qış fasiləsindən sonra bizi çətin oyunlar gözləyir. Bununla belə, söz verə bilərəm ki, çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.