Samir Abbasov “Sumqayıt”ın baş məşqçisi təyin olundu

Allsport.az saytı xəbər verir ki, 44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

O, 2015-2018-ci illərdə bu klubda çalışıb. Bundan savayı, “Zirə” və “Neftçi”də də baş məşqçi olub. Karyerası ərzində 3 dəfə Azərbaycan çempionluğu yaşayıb. 2 dəfə futbolçu, 1 dəfə məşqçi kimi bu uğura nail olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish