- Baxış sayı: 18
- 05 Noyabr 2024 17:08
- Baxış sayı: 230
- Noyabr 04, 2024
- 0
“Zirə” yoxlama görüşündə Rumıniyanın “Konkordiya” klubu ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra komandamızın baş məşqçisi Samir Abbasov bunu deyib:
“Ankarada birinci oyunumuz idi. Yoxlama görüşlərində hesab elə də vacib deyil. Düzdür, futbolçulardan istədiklərimi tam ala bilməsəm də, ən azı “Zirə”nin oyun üslübuna yaxınlaşmaq lazım idi. Bakıdakı qarşılaşmalardan fərqli Türkiyədəki görüşlərdə bu məqsədi güdürdük. Bilmək istəyirdim ki, futbolçular həm hücumda, həm də müdafiədə nələr edəcək.
Yaxşı imkanlarımız oldu, bəzən pis də çıxış etdik. Amma bu, bizi narahat etmir. Futbolçuları başa düşürəm, komanda ilk məşqlərdən sonra meydana yorğun halda çıxmışdı. Tam gücümüzlə hazırlaşırıq, qarşıda daha 3 yoxlama oyunumuz var. Ümid edirəm ki, premyer liqanın startına kimi hər şey daha yaxşı olacaq”.