- Baxış sayı: 34
- 24 Mart 2023 15:25
- Baxış sayı: 24
- Mart 24, 2023
- 0
Super orta çəkidə şəksiz dünya çempionu Saul Alvarez növbəti döyüşündə britaniyalı Con Rayderlə qarşılaşacaq.
Allsport.az xəbər verir ki, WBA, WBC, IBF və WBO titulları uğrunda döyüş mayın 6-da Meksikanın Qvadalaxara şəhərində keçiriləcək.
Alvarez sonuncu dəfə 2022-ci ilin sentyabrında Gennadi Qolovkini məğlub edərkən döyüşmüşdü. Rayder isə 4 qələbə seriyasındadır.