- Baxış sayı: 45
- 23 Yanvar 2026 22:33
- Baxış sayı: 176
- Yanvar 22, 2026
- 0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola cinah hücumçusu Savinyo üçün sağalma müddəti açıqlayıb.
Allsport.az xəbər verir ki, 21 yaşlı futbolçu ötən həftə “Sanderlənd”lə heç-heçə oyununun 51-ci dəqiqəsində əvəzlənib. Daha sonra braziliyalı futbolçunun zədə aldığı açıqlanıb.
“Savinyo uzun müddətlik sıradan çıxıb. Bir yarım, bəlkə iki ay, sonra isə geri qayıdacaq”, – Qvardiola deyib.