- Baxış sayı: 192
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 192
- Dekabr 05, 2025
- 0

“Qarabağ” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Allsport.az saytıxəbər verir ki, komandamız Danimarkanın “Kopenhagen” klubundan Uroş Matiçi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb. O, klubun saytına açıqlamasında bunu deyib:
“Təbii ki, “Qarabağ” haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur. Bilirdim ki, müntəzəm olaraq avrokubokların qrup mərhələsində çıxış edir, bu da mənim “Qarabağ”ı seçməyimdə əsas rol oynadı. Artıq “Qarabağ”ın içindəyəm.
Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm”.