- Baxış sayı: 27
- 10 Sentyabr 2024 22:55
- Baxış sayı: 102
- Sentyabr 10, 2024
- 0
Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Brendan Rocers çempionlar liqasının qrupunda Franda PSJ-sinə 0:5 hesablı yenilgiyə izah verib. Allsport.az saytı xəbər verir ki, britaniyalı həmkarlarımızla söhbətdə o, belə ağır məğlubiyyətləri səviyyə fərqi ilə əlaqələndirib:
“Büdcəsi yüksək olan klublarla oynamaq asan deyil. Bu cür futbolçularla işləyəndə aradakı böyük fərqi görürsən. PSJ kimi klubla bizim komandanın oyunçuları arasında səviyyə fərqi çox yüksəkdi. PSJ-nin ən ucuz futbolçusunun 40 milyon avro transfer qiyməti var.
Bu həftə çempionlar liqasında “Çelsi”yə 0:6 hesabı ilə uduzan “Qarabağ”a da baxın. Onları kimsə günahlandıra bilməz. Belə komandalarda 1-2 yüksək səviyyəli futbolçu olur və digərləri də onların üzərindən oynayır. Amma bu da hər zaman yaxşı alınmır”.
Xatırladaq ki, “Seltik”lə “Qarabağ” klubu bu yarışın 2015-16-cı ilin mövsümündə 3-cü təsnifatda qarşılaşıblar. Rəqib öz meyadnında qazandığı kiçik hesablı (1:0; 0:0) qələbə sayəsində mərhələ adlamışdı.