- Baxış sayı: 78
- 11 İyul 2025 23:59
- Baxış sayı: 252
- İyul 11, 2025
- 0
Türkiyə millisinin çalışdırıcısı Şənol Günəş baş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Allsport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis DÇ-2022-dən sonra məşqçi karyerasını bitirəcəyini bildirib:
“2002-ci ildəki dünya çempionatına 48 ildən sonra vəsiqə qazanmışdıq. İnanıram ki, 2022-ci ildəki mundiala qatıla biləcəyik. Bu turnir mənim üçün son olacaq. Mətbuatdakı jurnalist dostlara manşet xəbər olsun”.
Türkiyə millisi onun rəhbərliyi ilə DÇ-2002-də 3-cü yeri tutmuşdu. 2022-ci il dünya çempionatı Qətərdə keçiriləcək.