- Baxış sayı: 42
- 14 Fevral 2025 23:48
- Baxış sayı: 48
- Fevral 14, 2025
- 0
İki uğursuz ildən sonra “Çelsi” bu mövsüm İngiltərə premyer liqasında ilk 3-lük üçün mübarizə aparmağa başlayıb.
Allsport.az xəbər verir ki, “zadəganlar”ın əsas oyunçularından biri Enso Fernandes hesab olunur. 2023-cü ilin yanvarında 121 milyon avroya “Benfika”dan transfer olunan argentinalı bu mövsüm ərzində 25 oyunda meydana çıxıb, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Ensonun oyunu oktyabrda həyat yoldaşı Valentina Servantes ilə boşanmasından sonra yaxşılaşıb.
Cütlük ayrılığın səbəbini açıqlamasa da, mətbuatda Ensonun ailə həyatına hazır olmadığı və tək yaşamaq istəməsi olduğu bildirilir. 2019-cu ildə tanış olan cütlüyün 1 qız və 1 oğlu var.
Valentina hazırda bloqçu fəaliyyəti ilə məşğul olur. Onun instaqramda 2 milyon izləyicisi var.
Fernandesin repçi Niki Nikolla görüşdüyü deyilir.