“Sevindiricidir ki, komanda yüklənmiş dönəmdə tapşırıqları maksimum yerinə yetirdi”

Antalya toplanışında keçirilən “Qəbələ” – “Bohemians” (Çex Respublikası) oyunundan (1:3) sonra, baş məşqçimiz Elmar Baxşıyev açıqlama verib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir: 

“Düşündüyümüz o idi ki, komanda yük altında oynasın. İkinci oyunda daha çox yüklənəndən sonra bu dəfə futbolçularda dinamikliyin yoxluğu  hiss olunurdu. Belə çətin oyun olacağını gözləyirdik. Sevindiricidir ki, komanda yüklənmiş dönəmdə də verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırdı”.

Həmin kateqoriyadan