- Baxış sayı: 36
- 08 Oktyabr 2024 16:58
- Baxış sayı: 60
- Oktyabr 08, 2024
- 0
Sinerjinin anlayışı və mənası əməkdaşlıq deməkdir. Bu, yunan mənşəli bir termindir, “birlikdə çalışmaq” anlamını verir. Sinerji, bir iş və ya çox mürəkkəb tapşırığı yerinə yetirmək və sonunda uğur qazanmaq üçün bir səydir. Sinerji, bütövlüyün cəmindən daha böyük olduğu andır. Ayrı fəaliyyət göstərdiyindən, onda daha böyük ustalıq və daha çox effektivlik var. Ölkəmizdə bu adda bir neçə şirkət var. Bunlardan biri “Sinerji Partnerşip”dir (“Synergy Partnership”), 2008-ci ildə təsis edilib, tədbirlər, sərgilərin təşkili, PR və konsaltinq və SMM daxil olmaqla, çoxşaxəli fəaliyyət göstərir. Kompaniyanın adından da göründüyü kimi, məqsədi tərəfdaşlıqdır. Bu şirkət maliyyə müqabilində KİV-lə əlaqələrin yaradılmasında, onlara məlumat mətnlərini (press reliz) təqdim etmək öhdəliyi var.
Synergy.az saytına daxil olduqda, göstərilən xidmətlər arasında məhz bunlar var: PR planın hazırlanması, media ilə əlaqələr, press relizlər, media monitorinq, mətbuat konfransları, media turlar və müsahibələr. Son dönəmə qədər şirkət normal çalışırdı. Amma maliyyə sıxıntısı səbəbindən xeyli bacarıqlı əməkdaşını itirdi. Pulsuzluq pis şeydir, insanı hər yola sövq edir. Görünür, “Sinerji”ni də gənclər və idman nazirliyində (GİN) əks-Azərbaycançılarla işbirliyinə çəkib. Kompaniya onların qərəzli sifarişlərini yerinə yetirərək, media qanunlarını və insan haqlarını kobud surətdə pozur, ölkədə keçirilən daxili və beynəlxalq yarışlarda kütləvi təbliğatın qarşısını alır, insanları dövlətdən incik salır, onları öz peşələrini dəyişməsinə vadar edir, yurdu buraxıb mühacir həyatı yaşamalarına yol açır.
Onlarla ilk dəfə Formula-1 üzrə Azərbaycan mükafat yarışında tanış oldum. Bakı şəhər halqası əməliyyat şirkətinin tərəfdaşıdır. Öncələr yaxşı çalışırdılar, amma sonradan bilmirəm, yaşlaşdıqlarından və ya ayrı səbəb(lər)dən tədbirə dəvətdə ayrı-seçkiliyə başladılar. Soruşanda, unutduqlarını dedilər. Son günlər isə, ümumən ismarıclara və zənglərə cavab vermirlər. Üstəlik, bir qədər də uzağa gedərək, mayın sonlarında ölkəmizdə start götürəcək taekvondo üzrə dünya çempionatı ilə bağlı ötən şənbə təşkil edilən mətbuat konfransına GİN-in qərəzli rəhbərliyini tənqin edən idman jurnalistlərini dəvət etmədilər. ATF buna mübasibət bildirməyib. Ola bilsin, “Sinerji Partnerşip” tək idman nazirliyində olan anri-Azərbaycançılarla deyil, federasiyadakı irançılarla da əlbirdir. BŞH-in əməkdaşları daim yurd dışında olmaları, böyük ehtimalla, xarici kəşfiyyatın diqqətini çəkib. Yoxsa, onlar niyə nazirlikdə anri-Azərbaycançıların sifarişlərini yerinə yetirərək kütləvi narazılıq yaratsınlar? Ümumiyyətlə, öncəki icraçı direktor Arif Rəhimovun dönəmində media ilə iş də mükəmməl idi. Onun yerinə gətirilən Maqsud Fərzullayev eyni vəzifəni Milli gimnastika arenasında icra edib. O, nazirliyin indiki qərəzli rəhbərliyi ilə yaxın olduğundan, onların sifarişini yerinə yetirir.
Təbii ki, onların qara siyahısında allsport.az da var. Media inkişaf agentliyinin xətti ilə ötən ayın son günü dövlət reyestrində qeydiyyatdan keçən bu portal milli maraqlara xidmət edərək, 2022-ci ilin yazında heç bir əsas olmadan ümummilli liderin büstünü nazirliyin dəhlizindən yığışdıran, dövlət idarəsinin həyətində mərhum nazir Azad Rəhimovun tapşırığı ilə hazırladılan iri şərəf lövhəsindən Heydər Əliyevin, İlham Əliyevin, Mehriban Əliyevanın və olimpiya çempionlarının şəkillərini yox edən, bacarıqlı milli kadrları işdən uzaqlaşdıran, nazirliyi idman ictimaiyyətinin üzünə bağlayan, olimpiya mükafatçılarını ölkə başçısının sərəncamına qarşı qaldıran, amansız qisasçılıq edən, keçən ilin noyabrın 11-ində “Gülüstan” sarayında MOK-un 30-illik yubileyinə həsr olunmuş rəsmi mərasimə qatılmayan, nazirliyin əməkdaşlarını aşağılayıb məzələnən, 31 idman federasiyasının statusunu dayandıran, yalan görüntü yaradan, müstəqil medianın önündən qaçan, 2-ci Vətən müharibəsi qaziləri və idman veteranlarını tibbi reablitasiya instutunda müalicəsini təmin etməyən, Xocalı soyqırımı abidəsini önünə gəlməyən, Azərbaycan gimnastika federasiyası ilə bağlı tədbirlərin təbliğat vasitələrində ermənilərinə yer verən, ölkə idmanını darmadağın edib onu gülüş, əyləncə və ticarət sahəsinə çevirən, bir dəfə də olsun öz sosial hesablarında Laçın yolunda etiraz aksiyasından və Türkiyədə baş verən dəhşətli zəlzələdən paylaşım etməyən Fərid Qayıbov – Mariana Vasileva – Elnur Məmmədov üçlüyü barədə müntəzəm yazılar yerləşdirir.
Bu, GİN-də əks-Azərbaycançılarla yanaşı, “Sinerji Partnerşip” və Bakı şəhər halqası əməliyyat şirkətlərini, eləcə də taekvondo federasiyasını açmır. Onların niyyəti narazılığın miqyasını daha genişləndirmək, gərginlik və iğtişaş yaratmaqdır. Allah qoysa, növbəti yazımızda bu qüvvənin ayın əvvəlində Sabunçu gənclər evində radikal müxalifətin tədbir keçirməsinə yer verərək, yeni Azərbaycanın dövlətçilik məktəbinin atası, ölkənin 3-cü prezidenti Heydər Əliyevin və onun layiqli davamçısı, 2-ci Vətən müharibəsinin qalib ali baş komandanı, dövlət başçımız İlham Əliyevin şəkillərinin götürülməsinə şərait yaratdıqlarından, ümummilli liderin 100-illiyində onun divarda hikməti sözlərinin örtülməsindən (foto faktlarla), hökumətin əleyhinə fikirlərin (video faktla) səsləndirilməsindən bəhs edəcəyik. “Heydər Əliyev ili”ndə onun siyasi və mənəvi dəyərlərini icarə puluna satılması nə dərəcədə doğrudur? İndiyədək məni və təcrid olunan həmkarlarımı bir sual düşündürür: Bütün bunlarda nazir Fərid Qayıbovun xəbəri varmı? Yoxsa, onun müavini Mariana Vasilyeva ilə idman şöbəsinin müdiri Elnur Məmmədov bunu ondan xəbərsiz edirlər? Suala cavab tapmaq çox çətindir. Bölücülüyü və ayrılığı Uca Yaradan da təqdir etmir. Örtülü bazar dostluğu pozar. Görəsən, daha neçə-neçə dostla dostluğu pozduracaqlar? Bu Ramazanda Allahın qəzəbindən qorxun!
Kamran HACI