- Baxış sayı: 66
- 27 Sentyabr 2024 17:25
- Baxış sayı: 99
- Oktyabr 10, 2024
- 0
Cümə günündən fərqli olaraq, Formula-1 Qətər hava yolları Azərbaycan qran prisinin 2-ci günündə pilotları buludlu və yüngül yağışlı hava qarşıladı. Allsport.az saytı xəbər verir ki, asfaltın qurumasını gözləyən sürücülər, sessiyanın başlanğıcında Esteban Okonun maşınının güc problemi səbəbindən dayandırılması ilə üzləşdilər.
Sessiya bərpa edildikdən sonra yağan yüngül yağış və “Haas”ın sürücüsü Oliver Bermanın baryerlərə çırpılması səbəbindən yürüş yenidən dayandırıldı.
Bir neçə dəqiqədən sonra sürücülər qırmızı təkərlərlə trasa qayıtsalar da, fasilələr səbəbindən bərk (ağ) təkərlərlə uzun dövrələr etmək mümkün olmadı
3-cü sərbəst yürüşün sonunda Corc Rassel 1:42.514 dəqiqə ilə ən yaxşı nəticəni əldə etdi.
Xatırladaq ki, cümə günü ilk sərbəst yürüşdə Maks Ferstappen, daha sonra isə Şarl Lekler ən sürətli olmuşdular. 3 sərbəst yürüşdə fərqli komandalardan liderlərin olması sıralanma turunun daha maraqlı keçəcəyinə işarədir.